Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən 140 milyard avro çıxarılması və bu məbləğin Ukraynaya kredit kimi köçürülməsi planına mane olur. Bununla belə, Avropa Komissiyası Macarıstanı qərarların qəbulu prosesindən kənarlaşdırmağın qanuni yolunu tapıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazıb.
Brüsselin Rusiya ehtiyatlarını geri çəkmək planı kimi radikal tədbir 27 üzv dövlətin yekdil qərarını tələb edir ki, bu da faktiki olaraq Rusiyaya yaxın olan Orbanın vetosu ilə üzləşir. Buna görə də Aİ hüquqşünasları Ukrayna üçün təklif olunan "təzminat krediti" ilə bağlı qərarın ixtisaslı səs çoxluğu ilə qəbul edilməsini təmin edəcək sxem hazırlayıblar.
Planlarla tanış olan mənbələr nəşrə bildiriblər ki, Avropa Komissiyası öz hərəkətlərini Avropa Şurasının bütün Aİ liderlərinin, o cümlədən Orbanın 2024-cü il dekabrın 19-da razılaşdığı bir sıra məsələlərə əsaslandıracaq.
Bəyanarda deyilir: "Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini bitirənə və bu müharibənin vurduğu ziyanı kompensasiya edənə qədər Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalmalıdır".
Nəşr qeyd edib ki, o zaman bu bəyanat, aktivlərin Euroclear-da dondurulmuş vəziyyətdə qalmalı, Rusiya üçün əlçatan olmamalı, faizlərdən isə hərbi məqsədlər üçün istifadə oluna biləcəyi kimi şərh edilir.
Komissiyanın yeni arqumenti ondan ibarətdir ki, bu bəyanat qaydaları yekdil qərardan ixtisaslı çoxluğa dəyişdirmək üçün kifayət qədər əhatə edir. Bunun üçün bütün və ya əksər ölkələrin razılığı lazımdır.
Bununla belə, nəşr daha geniş razılaşmanın əldə edilməsinin asan olmayacağını qeyd edib. Rusiyaya dost olan digər ölkələr, məsələn, Slovakiya potensial siyahıdadır.
"Belçika ilə də problem var. Belçika hökuməti vəsaitlərin geri çəkilməsinin Belçikanı və Rusiyanın dondurulmuş dövlət aktivlərini saxlayan maliyyə qurumu Euroclear-ı Moskvanın qanuni təqibinə məruz qoyacağından ehtiyat edərək, artıq buna qarşı çıxıb", deyə nəşr yazıb.
Bununla belə, Belçika rəsmiləri məsələni müzakirə etməyə hazır olduqlarını etiraf ediblər və Belçika Macarıstan və Slovakiyadan fərqli olaraq, ümumilikdə Putinə qarşı tədbirləri dəstəkləyir. Aİ liderləri gələn həftə Kopenhagendə görüşəcək və burada kredit məsələsini müzakirə edəcəklər.
"Kopenhagendə məqsəd Orbanı təcrid etmək üçün digər ölkələrdən kifayət qədər dəstək əldə etməkdir", deyə anonimlik şərti ilə Aİ diplomatı bildirib.
Almaniya, İspaniya, Polşa və Baltikyanı ölkələr Avropa Komissiyasının planının əsas dəstəkçiləridir. Bununla belə, Fransa və İtaliya dondurulmuş dövlət aktivlərindən istifadə üçün innovativ ideyalardan ehtiyatlanırlar.
Aydın
Şərhlər