Siyasət 22:50 30.10.2019

Politoloq: "Bu, Azərbaycan üçün yaxşı heç nə vəd etmir"

Xəbər verdiyimiz kimi, Rusiyanın müdafiə naziri Ermənistana səfəri zamanı bu ölkədə hərbi kollecin təməlqoyma mərasimində iştirak edib. Erməni mediası sözügedən kollecin məhz Rusiyanın dəstəyi ilə inşa ediləcəyini bildirib. Bundan başqa, Rusiya və Ermənistan müdafiə nazirləri arasında 2020-ci ildə ikitərəfli əməkdşalığı daha da genişləndirməklə bağlı razılaşma əldə edilib.

Maraqlıdır, Rusiyanın Minsk qrupunun həmsədri kimi işğalçı ölkənin hərbi potensialını gücləndirmək istiqamətində silsilə addımlar atması Azrbaycana nə vəd edir?

Qaynarinfo  xəbər verir ki, Moderator.az-a açıqlama verəm politoloq Fikrət Sadıqov baş verənlərin narahatlıq doğuran məsələlər olduğunu bildirdi:

"Rusiya-Ermənistan hərbi əməkdaşlığı şübhəsiz ki, Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Belə bir əməkdaşlıq bizim maraqlarımıza cavab vermir.

Bu gün Türkiyə-Rusiya münsibətlərində əhəmiyytli yaxınlaşma müşayiət olunur. Onların bir sıra məsələlərdə mövqeləri üst-üstə düşür. Digər tərəfdən. Azərbaycan-Rusiya münasibətri də yüksək səviyyədədir. O zaman belə bir sual meydana çxır. Ermənistanın hərbi potensialının gücləndirilməsi, hərbi kadrların yetişdirilməsi kimə lazımdır?

Zənnimcə, baş verənlər göstərir ki, Rusiya Ermənistana hərbi baxımdan etibarı daha böyükdür. Çünki Kreml bilir ki, Ermənistan onlar üçün əbədi dayaq nöqtəsidir. Digər tərəfdən, görünür Gürcüstanın NATO ilə əməkdaşlığı, Qrbə inteqrasiya istiqamətində ciddi addımlar atması Moskvanı narahat edir. Rusiya baş verənlər fonunda Ermənistanda güclənməyə çalışır. Çalışır ki, bu ölkədəki bazasını modernləşdirsin, kadr hazırlıına önəm versin. Nəticədə, Ermənistan bundan sonra da forpost kimi Rusiyanın xidmətində dayansın”.