Politoloq: “Bu, Azərbaycana psixoloji təzyiq xarakteri daşıyır”

Politoloq: “Bu, Azərbaycana psixoloji təzyiq xarakteri daşıyır”

"Bu, Azərbaycana psixoloji təzyiq xarakteri daşıyır”.


Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya hərbçilərinin Azərbaycan Ermənistan sərhədinə yerləşdirilməsi ilə bağlı məsələyə şərh verərkən deyib.


"Mehri və Gorus rayonları ərazisində Rusiyanın əsgərləri yerləşdirilir. Düzdür, ordu hələ ki, hərəkət etmir, Azərbaycana qarşı hər hansı bir hərbi əməliyyatlar həyata keçirməyib. Sadəcə olaraq, guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi və təşkilat haqqında müqavilədəki maddələrə uyğun olaraq həmin mövqelərdə yerləşdirilib”, - politoloq deyib.



Qabil Hüseynli qeyd edib ki, bütövlükdə həmin ordunun orada yerləşdirilməsi arzuedilməzdir.


Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR