Siyasət 11:27 04.12.2020

Politoloqdan Azərbaycana İsraillə bağlı təklif

"İkinci Qarabağ müharibəsi Azərbaycanın dostları üçün də bir sınaq oldu. Erməni lobbisinin təzyiq və təsiri altında beynəlxaq hüquqa, ədalət prinsipinə zidd gedərək anti-Azərbaycan mövqeyi tutan dövlət və təşkilatların səslərinin daha gur eşidildiyi günlərdə İsrail Azərbaycanın sədaqətli dostu və müttəfiqi olduğunu bir daha sübuta yetirdi”.

Qaynayinfo xəbər verir ki, bunu politoloq Xəqani Cəfərli Azərbaycanın İsraildə səfirlik açmasının vacib olması ilə bağlı bildirib.

Onun sözlərinə görə, Xəzər Xaqanlığından başlayan bu dostluq və müttəfiqliyi artıq yeni səviyyəyə keçirməyin zamanıdır. Buna görə də, Azərbaycanın İsraildə səfirliyinin açılması zərurətə çevrilib.

Politoloq Azərbaycan iqtidarına İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı çağırış da edib: "İnanıram ki, Azərbaycan ictimaiyyəti də bu təklifimi dəstəkləməklə yanaşı, İsraildə Azərbaycan səfirliyinin açılması məsələsində vahid mövqe nümayiş etdirəcək”.

Orxan Əhmədli