Xəbər lenti

Polkovnikin 5 min manatını mənimsəyən taksi sürücüsünə hökm oxundu
Ölkə 15:10 02.12.2025

Polkovnikin 5 min manatını mənimsəyən taksi sürücüsünə hökm oxundu

"N” nömrəli hərbi hissənin sabiq komandiri (rəisi), polkovnik-leytenant Məmmədin 5 min manatını mənimsəyən taksi sürücüsünə məhkəmədə hökm oxunub

Qaynarinfo-nun məlumatına görə, 1982-ci il təvəllüdlü E.X. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəmədə cavab verib.

Məlum olub ki, E.X. sabiq komandiri inandıraraq onu hərbi qulluqçuların mənzil təminatı siyahısında önə çəkəcəyinə dair yalan vədlər verib, etibarından sui-istifadə etməklə 5 min manatını ələ keçirib. Zərərçəkmişlə təqsirləndirilən şəxs Azərbaycan Ali Hərbi Məktəbinin eyni ilin məzunları olduğundan "AAHM2002 məzunları” adlı "WhatsApp” qrupunda tanış olub.

E.X., hazırda taksi sürücüsü olsa da, sözügedən məktəbin məzunu olub. O, zərərçəkmişi inandırıb ki, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən 7 saylı binada mənzil alaraq, zərərçəkmişi də həmin binada öz qonşuluğunda yerləşən mənzillə təmin edəcək.

Zərərçəkmiş internet vasitəsilə mənzil siyahısında 3365-ci sırada olduğunu öyrəndikdən sonra, önə çəkilmədiyini gördü və təqsirləndirilən şəxsin etibarından sui-istifadə edərək aldadığını anlayıb şikayət etmək qərarına gəlib.

Məhkəmədə sabiq komandir, Silahlı Qüvvələrinin 90-100 illiyi (1918-2008-2018) Yubiley Medalı və "Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edildiyini qeyd edərək, E.X.-ə qarşı iddia və tələbin olmadığını, onunla barışdığını bildirib.

Məhkəmənin hökmü ilə E.X. 1 il 11 ay 14 gün müddətinə islah işləri cəzasına məhkum edilib.
 
Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->