Dünya 16:00 11.03.2020

Polşa da koronavirusa görə bütün məktəb və universitetləri bağladı

Polşanın Baş naziri Mateuş Moravetski martın 16-dan etibarən ölkədəki bütün məktəb və ali təhsil müəssisələrinin iki həftə bağlanacağını bildirib. Bununla belə siyasətçi qeyd edib ki, valideynlər nəzarətsiz qalmayacaqları təqdirdə uşaqlarını 16 martdan əvvəl də məktəbə gətirməyə bilərlər.

Qeyd edək ki, bu günə qədər Polşada 25 koronavirus hadisəsi rəsmi olaraq təsdiqlənib, ancaq Moravecki, epidemiyanın "çox nəhəng" hala gələ biləcəyindən ehtiyatlandığını və bunun qarşısını almaq üçün aktiv olmağın vacibliyini vurğulayıb.

Alpər