Dünya 17:32 10.05.2019

Pompeo Putinlə də görüşəcək

ABŞ Dövlət Katibi Mayk Pompeo 12 mayda Rusiyaya səfər edəcək.

Qaynarinfo xəbər verir ki, Pompeo Soçidə Rusiya XİN başçısı Sergey Lavrov, həmçinin prezident Vladimir Putinlə görüşəcək. 

Görüşlərdə ABŞ və Rusiya əlaqələri, həmçinin qlobal məsələlər müzakirə ediləcək.

Gülşən