Dünya 11:53 18.10.2018

Pompeodan Səudiyyə vəliəhdinə xəbərdarlıq

ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanı ziyarətində vəliəhd şahzadəyə etdiyi xəbərdarlıq ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, səfər zamanı Pompeonun Məhəmməd İbin Salmana "Mövqeyin təhlükədədir. Əgər Qaşıqçı problemi həll edilməsə, beynəlxalq təzyiqlər artacaq və ABŞ prezidenti Donald Tramp məsələyə müdaxilə etmək məcburiyyətində qalacaq" xəbərlığı edib.

Qeyd edək ki, Səudiyyəli jurnalist Camal Qaşıqçı ölkəsinin İstanbulda yerləşən konsulluğunda öldürülüb. Səudiyyə höküməti isə qətlin təşkilini inkar edir. 

Pompeonun Səudiyyə ziyarətindən 100 milyon dollarla qayıtması və daha sonra Trampın bu ölkə ilə bağlı müsbət mesajları dünya mətbuatında müzakirə edilən məsələlərdəndir.

Gülşən