Dünya 17:52 22.01.2020

Poroşenko Ukraynada rusiyapərəst qüvvələrin qisasından danışdı

Ukraynanın keçmiş prezidenti Aleksandr Babikovun Dövlət Təhqiqat Bürosu (GBR) sədrinin birinci müavini vəzifəsinə təyin edilməsini ölkədəki "Rusiyapərəst qüvvələrin revanşı" adlandırıb.

Qaynarinfo xəbər verir ki, Petro Poroşenko Babikovun keçmiş prezident Viktor Yanukoviçin vəkili olduğunu qeyd edib.

"Rusiyayönlülərin anti-Maydan qisasını nümayiş etdirmək üçün bundan faciəvi simvol seçilə bilməzdi”, - Poroşenko bildirib.

O, eləcə də digər siyasi qüvvələri "bir araya gəlməyə və rusiyapərəstlərin qisas almasına imkan verməmək üçün birlik nümayiş etdirməyə" çağırıb.