Dünya 11:06 24.07.2019

Portuqaliyada meşə yanğınları: 31 nəfər xəsarət alıb

Portuqaliyanın İspaniya ilə sərhədin yaxınlığında yerləşən Kastelo Branko əyalətində meşə yanğınları ötən həftədən bəri davam edir.

Qaynarinfo xəbər verir ki, 1300 yanğınsöndürən, 10 helikopterin iştirakı ilə yanğının 90%-nə nəzarət etmək mümkün olub.

Hadisə 12-si yanğınsöndürən olmaqla 31 nəfərin yaralanmasına səbəb olub.

8500 hektar meşə ərazisini əhatə edən yanğının başlamasında şübhəli bilinən 55 yaşlı kişi həbs edilib.

Gülşən