Foto 16:48 29.10.2019

Primakov: “Babam istefa verəndə Putin FSB generallarıyla gəldi...”

O, Azərbaycan xalqının yaddaşında 1990-cı il 20 Yanvar faciəsinin müəllifi kimi qalıb.

Qaynarinfo xəbər verir ki, söhbət 1929-cu il oktyabrın 29-da Tiflisdə doğulmuş keçmiş sovet və Kommunist Partiyası xadimi Yevgeni Primakovdan gedir. 

"1990-cı ilin yanvarında bizimlə görüşdə Primakov öz oğlunun məzarına and içdi ki, Bakıya qoşun yeridilməyəcək. Lakin o, bizi aldatdı. Sonra Qorbaçov etiraf edib ki, Bakıya qoşunların yeridilməsini məhz Primakov tələb edib”, - bu sözləri E.Məmmədov müsahibələrindən birində deyib.

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev isə təkcə Yanvar faciəsinə görə deyil, həm də Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalında, 1993-ci ildə Xalq Cəbhəsi hökumətinin süqutunda, Azərbaycanda avtoritar rejimin təkrar qurulmasında Primakovun rolunu qeyd edib.

Primakov 1990-cı ilin əvvəllərində kommunist rejimini xilas etmək üçün Bakıya gələn SSRİ partiya və dövlət xadimləri nümayəndə heyətinə rəhbərlik edib. Müstəqillik tərəfdarlarını öz yolundan döndərə bilməyən Kreml elçiləri Bakıya qoşun yeridərək paytaxtı işğal ediblər. 134 dinc sakin öldürülüb, 700-dən çox adam yaralanıb, onlarla adam itkin düşüb.
Onun 90 yaşında nəvəsi beynəlxalq jurnalist, Dumanın deputatı Yevgeni Primakovun KP-ru-ya verdiyi müsahibədən bəzi məqamları təqdim edirik:

- Primakovun ölümü ilə bağlı bir məqalədə ingilis "İndependent” yazırdı ki, o Yaxın Şərqdə jurnalistikadan daha çox kəşfiyyatçı kimi çalışıb.
- Bu, həm yalandır... həm də doğru. "Pravda" qəzetinin müxbirini kəşfiyyat siyahısına salmaq olmazdı. Ancaq ələ alınmamış da ola bilməzdi. O, sosializmin əsas ölkəsinin əsas orqanının işçisi idi. Kiminsə "Pravda”nın jurnalistindən bir kəşfiyyatçı kimi istifadə etməsi nəhəng qalmqala səbəb ola bilərdi. 

- Buna görə "pravdaçıları” ələ almırdılar?
- Tamamilə doğrudur! Üstəlik də jurnalistika xəttiylə bu qədər xarici ölkə lideriylə tanış olan biri… Əlbəttə, ona çox həssas tapşırıqlar verilirdi.

- Məsələn, gizli danışıqlar?
- Onun 1967-ci ildən başlayaraq o vaxtlar ölkəmizin diplomatik əlaqəsi olmayan İsrailə qonşu ölkələriylə münasibətləri ilə bağlı razılaşma üçün necə getməsini əks etdirən qovluqlar var. KQB sədri Yuri Andropova ünvanlanmış həmin şifrli teleqramlar artıq dərc ediliblər. O bir KQB bir zabiti ilə Livana da gedib və atəş altına düşüb. Bunların hamısı çox həssas missiyalardır. Ancaq onun kəşfiyyat üçün işlədiyini demək olmaz. O, öz ölkəsi üçün çalışıb.

- Babanız ölümdən qorxurdumu?
- O, heç vaxt düşünülməmiş qərarlar qəbul etməzdi. Ölümə qlanda isə... Beyrutda bir-biriylə atışdığı küçələrdə düşmən qrupların arasında belə qalıb, ancaq heç vaxt ondan qorxuyla bağlı bir söz eşitməmişəm. Bombardmanlar baş verdiyi zamanlarda Bağdada, Belqrada uçub... Dəfələrlə çəpgöz qarı (ölüm. Red.) gözünə göründü, bu da onun sağlamlığıyla bağlıydı, ancaq onda ölüm xofu deyilən şey yoxuydu. Belə adamlar refleksiyalar üçün mövzu deyil.

- Çoxqütblü dünya ideyası Primakova aiddir, yoxsa o bunu götürərək yaradıcı şəkildə inkişaf etdirib?
- Düzü, dəqiq deyə bilmərəm. O, çox oxumuşdu. Şübhəsiz ki, bunu kimsə əvvəllər də dilə gətirmişdi. Bu, Nyutonun başına düşən alma deyil ki. Lakin bu doktrinanın son şəklinin müəllifi odur. Və BRİCS-in yeni böyüməkdə olan güc mərkəzi kimi meydana çıxması fikri də onun tərəfindən irəli sürülmüşdü. 

- Situativ təhlil metodu da onunkudur?
- Bəli, buna görə 1980-ci ildə Dövlət Mükafatı alıb.

- "Vashinqton Post” məhz Primakovu Suriyadakı əməliyyatların xaç atası adlandırmışdı...
- Bu, çox bəsit təsvirdir. Mənim arxivimdə olan sənədlər arasında onun qoşunlarımızın Suriyaya göndərilməsi planına rast gəlməmişəm. Ancaq "Rusiya beynəlxalq sabitliyin qarantı ola bilər" prinsipi onundur. Suriyada xarici nəzarətin qurulmasına imkan verə bilməzdik.

- Primakovun baş nazir vəzifəsindən istefasından sonra FSB rəhbəri Putin bir neçə generalla birlikdə onun yanına gəlib. Yəni bu, Yeltsin və onun komandası üçün belə ciddi məsələydi?
- Putin FSB idarə heyətinin üzvləri ilə gəlmişdi. Babam ona güvənirdi. Vətənpərvər və ağıllı bir insan hesab edirdi. Putinin prezidentliyə namizəd olacağı məlum olanda, babam özü prezidentliyə iddialı olmayan biri kimi kənara çəkildi və heç vaxt da bundan peşman olmadı.

- Primakovun arxivi qalıbmı?
- Çox böyük arxivi var. Hələ çox şeylər dərc oluna bilməz. Məlumatların həssaslığına görə. Hamısı çox etibarlı bir yerdə saxlanılır.

- Şeir yazdı?
- Yalnız özüyçün. Ancaq ona musiqi bəstələyənlər də olmuşdu. Adama toxunan şeirləri var - özü haqqında, həyat yoldaşı - gözləri masmavi olan həkim haqqında... 

Qeyd: Primakovun ailə arxivindən olan fotolordan birində o, Şimali İraqdadır. Kürd geyimindədir. Orada kürdlərlə danışıqlar aparıb.

Alpər