İdman 21:29 28.10.2019

Premyer Liqa: "Qarabağ" "Səbail"i məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, son oyun günündə "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"lə qarşılaşıb. İlk hissəsi qolsuz bərabərliklə yekunlaşan matçın 2-ci yarısında "Qarabağ" sona yaxın qol vura bilib. Zubirin ötürməsindən sonra Qara Qarayev qarşısıalınmaz zərbəylə hesabı açıb. Elə bu qol da Qurban Qurbanovun komandasına 3 xal qazandırıb.
 

Azərbaycan Premyer Liqası, 9-cu tur

19.00. "Qarabağ” – "Səbail” 1:0
(Qara Qarayev, 86)

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Keşlə” – "Qəbələ” 2:1
"Sabah” – "Zirə” 2:2
"Sumqayıt" - "Neftçi" 2:4
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 8 7 1 0 18-2 22
2 Neftçi 9 5 2 2 15-8 17
3 Keşlə 9 4 3 2 11-5 15
4 Səbail 8 3 1 4 8-13 10
5 Sumqayıt 9 3 1 5 9-13 10
6 Zirə 9 2 3 4 8-14 9
7 Sabah 9 1 4 4 8-10 7
8 Qəbələ 9 1 3 5 5-17 6
 
Bombardirlər: Lorenzo Frutos ("Keşlə") - 5 qol