Ölkə 09:34 12.09.2017

Prezident AMB-nin sədr müavinini vəzifədən azad etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini, İdarə Heyətinin üzvü Xəqani Abdullayev vəzifəsindən azad edilib.

“Qaynarinfo” report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Məlumata görə, bir müddət əvvəl X.Abdullayev vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazıb.

Xatırladaq ki, X.Abdullayev 2010-cu ilin aprel ayında sədr müavini təyin edilib, 2015-ci ilin aprelində isə İdarə Heyətinin üzvü seçilib.

Qaynarinfo.Az