Ölkə 20:07 21.12.2018

Prezident Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddini təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, qanunda deyilir:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.