Ekonomiks 17:48 12.04.2019

Prezident "Azərişıq"a 1,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamla Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.