Ölkə 18:21 04.02.2019

Prezident binaların təmirinə 21,6 milyon ayırdı

Prezident İlham Əliyev ölkənin şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycanın 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Prezidentin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 685 830 (iyirmi bir milyon altı yüz səksən beş min səkkiz yüz otuz) manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılsın".
 

Sıra

№-si

Şəhər, rayon

Dam örtüklərinin təmiri nəzərdə tutulmuş 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar

Sayı, ədəd

Sahəsi, kv.m.

Ayrılan vəsait,

min manat

5 şəhər və rayon üzrə cəmi

 

379

 

434 879,0

 

21685,83

o cümlədən:

 

 

 

1.

Gəncə

50

49449,0

2472,57

2.

Sumqayıt

263

291406,0

14007,43

3.

Şəki

28

42119,0

2483,07

4.

Şirvan

30

40048,0

2053,23

5.

Qazax

8

11857,0

669,53