Ölkə 19:15 07.08.2017

Prezident bu məmurların maaşını artırdı (SİYAHI)

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

"Qaynarinfo"nun məlumatına görə, “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:

Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:

rəhbər

365

rəhbərin müavini

345

sektor müdiri, baş mühasib

315

baş məsləhətçi

290

böyük məsləhətçi

285

aparıcı məsləhətçi

280

məsləhətçi

275

Qaynarinfo.Az