Ölkə 16:58 22.06.2019

Prezident Ekologiya və Təbii Sərvətlər nazirinin müavinlərini təltif etdi

Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı sərəncamla təltif olunan dövlət qulluqçuları arasında Ekologiya və Təbii Sərvətlər nazirinin iki müavini də var.

Qaynarinfo xəbər verir ki, bunlar nazir müavinləri Firdovsi ƏliyevRauf Hacıyevdir

Prezidentin imzaladığı dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam ilə F.Əliyev və R.Hacıyev "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.