Ölkə 20:36 02.02.2018

Prezident Əli Abdullayevlə bağlı sərəncam imzalayıb

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Qaynarinfo bildirir ki, Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu vəzifəyə Əli Abdullayev İzzət oğlu təyin edilib.

Qeyd edək ki, bundan öncə Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşənə qədər Ə.Abdullayev 23.06.2016-cı il tarixindən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsində işləyib.