Ölkə 16:52 16.05.2019

Prezident Gəncədə körpü təmirinə 6,4 milyon ayırdı

Prezident İlham Əliyev "Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə qeyd olunan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.