Foto 21:25 05.09.2018

Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başlayıb (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin "Franyo Tucman” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

"Franyo Tucman” aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşıladılar.