Prezident insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdü (FOTO)

Prezident insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdü (FOTO)

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

Bu barədə Qaynarinfo-ya Azərbaycanın Ukraynadakı səfriliyindən məlumat verilib.

Səfir Azər Xudiyev bildirib ki, hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb:

"Sonradan Milli Qəhrəmanımızın peşəkar həkim müayinəsində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabit Quliyevin vəziyyətini orta ağır qiymətləndirirlər”.

A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanımızın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.


XƏBƏRLƏR
BLOGLAR