Dünya 18:19 22.07.2013

Prezident kabinetini formalaşdırdı

İranın yeni prezidenti Həsən Ruhani öz kabinetini formalaşdırıb.

APA-nın İLNA-ya istinadən məlumatına görə, İran parlamentində azlıqda qalan (islahatçılar) qrupu təmsil edən fraksiyanın rəhbəri Məhəmmədrza Tabeş bildirib ki, H. Ruhaninin kabinet üzvlərinin siyahısı məclisə təqdim edilmək üçün hazırdır: “Artıq İran prezidentinin siyasi, iqtisadi, sosial və digər sahələrlə bağlı yaratdığı işçi qrupları siyahı ilə bağlı öz fikirlərini bildiriblər. Həsən Ruhani də kabinet üzvlərinin siyahısını qısa müddətdə parlamentə təqdim edəcək”. Ancaq islahatçı deputat yeni kabinetin tərkibi ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, iyunun 14-də 18 613 329 səs (50,07%) toplamaqla İranın yeni prezidenti seçilmiş H. Ruhaninin inauqurasiya mərasimi avqustun 4-də ölkə parlamentində keçiriləcək. Ancaq bundan əvvəl avqustun 3-də İranın ali dini lideri, ayətullah Əli Xamneyinin hüzurunda and içəcək. Daha sonra H. Ruhani bir həftə ərzində etimad qazanması üçün öz kabinet üzvlərinin siyahısını parlamentə göndərməlidir.

Qaynar.info