Dünya 13:46 05.11.2017

Prezident köməkçisi xalqı qiyama çağırdı

Yəmən prezidentinin köməkçisi Əli Möhsün Salih paytaxt Sənada əhalisini Husilərə qarşı qiyama çağırıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Səna valisi Əbdulkavi Şərif ilə görüşən Əli Möhsün şəhər əhalisini ünyançı hərbi qüvvələr olan Husilərə qarşı çıxmağa və bölgənin təhlükəsizliyi, gələcəyi üçün mövqə sərgiləməyə, bu məqsədlə orduya dəstək verməyə çağırıb. 

Sənanın 55 km məsafəsində yerləşən Nəhəm bölgəsində Husilərlə ordu qüvvələri arasında qarşıdurmalar yaşanır. 

2014-cü ildən bəri siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə Husilər paytaxt və bəzi bölgələri işğalda saxlayır. Səudiyyə Ərəbistanının rəbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ildən bəri Yəmən hökümətinə dəstək verir. 

Qeyd edək ki, Husilər bu gecə Səudiyyənin paytaxtı Riyadı hədəfə alan ballistik raket hücumu təşkil ediblər.

Gülşən
Qaynarinfo.Az