Prezident Olimpiya İdman Kompleksinin tikintisinə pul ayırdı

Prezident Olimpiya İdman Kompleksinin tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamla Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 10 933 900 manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR