Dünya 21:14 03.06.2018

Prezident qəzəbləndi: "Getsin, cəhənnəm olsun"

"Ona deyin ki, mənim ölkəmin işlərinə qarışmasın. Getsin, cəhənnəm olsun".

Qaynarinfo xəbər verir ki, bu sözləri Filippin prezidenti Rodriqo Duterte BMT-nin xüsusi məruzəçisi Dieqo Qarsia-Saya haqqında deyib.

Dövlət başçısı məruzəçinin Filippindəki məhkəmə sistemi ilə bağlı bəyanatına əsəbiləşib. Duterte Sayanın məruzəçi statusunu tanımadığını qeyd edib.

Xatırladaq ki, Filippin prezidenti bir müddət əvvəl ölkənin baş hakimini düşmən adlandıraraq istefaya göndərmişdi. O, həmçinin narkotik alverçilərini öldürməyi tapşırmış, ABŞ rəhbərliyini söymüş, BMT-ni yandıracağını demiş, əsgərlərə 3 qadına təcavüz etmək icazəsi vermişdi.