Foto 22:07 21.01.2019

Prezident Rusiya və Çin kanalına müsahibə verdi (FOTOLAR)

Yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev Davosda "Rossiya 1” televiziya kanalına müsahibə verib.

Qaynarinfo AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Prezident İlham Əliyev həmçinin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

Dövlətimizin başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.

Sonra prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazıb.