Prezident iki icra başçısının yerini dəyişdi

Prezident iki icra başçısının yerini dəyişdi

Prezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

S.Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin, N.İsmayılov isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 

XƏBƏRLƏR
BLOGLAR