Dünya 11:58 16.02.2019

Prezident seçkiləri seçki günü təxirə salındı

Qərbi Afrika ölkəsi Nigeriyada prezident seçkiləri seçki günü təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, bu günə planlaşdırılan prezident seçkiləri 23 fevrala təyin edilib. 2 martda keçiriləcək əyalət seçkiləri isə 9 marta təxirə salınıb. 

Qeyd edək ki, qərarın səbəbi kimi seçkilərin uğurlu şəkildə həyata keçirilməsi və demokratiyanın mühafizəsi göstərilib.

Gülşən