Ekonomiks 18:10 01.06.2018

Prezident sərəncam imzaladı: 5.8 milyon manat ayrıldı

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli-Yalavac-Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon manatını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.