Ölkə 18:16 29.05.2018

Prezident sərəncam imzaladı: bu şəxslər təltif edildi

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı "Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə və Azərbaycanda sərgilərin təşkilində xidmətlərinə görə Fərid Adil oğlu Məmmədovu "Tərəqqi” medalı ilə təltif edib.

Prezident həmçinin"Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Strahan Edvard Corc DankanVud Endryu Marlini "Dostluq” ordeni ilə təltif edib.