Dünya 15:16 05.03.2020

Prezident kütləvi davadan sonra millət vəkilini məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Ərdoğan Cümhuriyyət Xalq Partiyasının parlament fraksiyası rəhbərinin müavini Əngin Ozkoça qarşı məhkəmə iddiası qaldırıb. Türkiyə lideri təhqirə görə təzminat tələb edib.

Qaynarinfo xəbər verir ki, Ərdoğanın vəkili Hüseyn Aydının sözlərinə görə, iddia bir milyon lirə məbləğində mənəvi təzminat tələbi ilə irəli sürülüb. Səbəb onun prezidentə qarşı kobud və "çirkli açıqlamaları”dır. Prezidenti təhqir etməkdə də ittiham olunur. Bu barədə o, Tvitterdə yazıb.

Bundan əvvəl Özkoç Ərdoğanı ölülərə aid işlədilən "kəllə" sözünü işlətməkdə günahlandırıb. Həmin sözü Ərdoğan həlak olmuş türk hərbçilərindən danışarkən işlədib. Bundan əlavə, parlament üzvü övladları hərbi xidmətdən yayındıqları üçün prezidenti xəyanətdə ittiham edib.

Bu açıqlamadan sonra Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyası və müxalif CHP deputatlarının kütləvi davası baş verib.
 
Alpər