Foto 16:27 21.11.2018

Prezident Türkmənistana rəsmi səfərə gedib (FOTOLAR)

Prezident İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyevi Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.