Ölkə 21:09 13.12.2018

Xələf Xələfova yeni vəzifə verildi (YENİLƏNİB)

Xələf Xələfov Nazirlər Kabinet Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın baş naziri Novruz Məmmədov sərəncam imzalayıb. 

Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

***18.40

Xələf Ali oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.