Ölkə 21:05 22.02.2019

Prezident Xəzərin statusuna dair qanunu imzaladı

Prezident İlham Əliyev "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Qaynarinfo xəbər verir ki, "Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiya təsdiq edilib.