Prezident Zelenskini Azərbaycana səfərə dəvət etdi

Prezident Zelenskini Azərbaycana səfərə dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

"Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - Azərbaycan Prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.
XƏBƏRLƏR
BLOGLAR
X