Ölkə 18:05 29.01.2019

Prezidentdən icra başçısı ilə bağlı sərəncam

Prezident İlham Əliyev Lütvəli Babyevin ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Lütvəli Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır. Sabah onun 60 yaşı tamam olacaq.