Prezidentdən Samir Şərifova: "Sual verirəm, sən isə başlayırsan "leksiya" oxumağa" (VİDEO)
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib...
Qaynarinfo xəbər verir ki, müşavirədə Maliyyə naziri Samir Şərifov hesabat verib. Bu zaman dövlət başçısı nazirdən xarici borcun azaldılması üçün nə qədər vəsaitin nəzərdə tutulduğunu soruşub. Samir Şərifov isə suala konkret cavab verməyib. Bu zaman Prezident nazirə irad tutaraq "Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, ondan cavabı konkretləşdirməsini istəyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər