İlk uzaq mənzilli raket sınağını qeyd edən Şimali Koreya lideri Kim Çen İn və 27 yaşlı həyat yoldaşı Ri Sol-ju konsert salonunda görüntülənib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, mediadan uzaq gəzən "first lady" 2016-cı il dekabr ayından bəri ilk dəfə görüntülənib. Prezident ailəsinin oturduğu masada güllər, meyvələr və miniatür raket var.
Qeyd edək ki, ölkədə dünyanın narahatlığına səbəb olan raket sınağı keçiriləndən bəri böyük bayram şənlikləri təşkil edilir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər