Prezidentin kənd sakinləri ilə səmimi söhbəti: "Dolanışığınız yaxşıdır" (VİDEO)

Prezidentin kənd sakinləri ilə səmimi söhbəti: "Dolanışığınız yaxşıdır" (VİDEO)

Prezident İlham Əliyev iyunun 14-də Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində olub.

Oqtay HƏZİYEV: Çox sağ olun, cənab Prezident, Sizə minnətdarıq. Allah Sizi qorusun. Bu, qardaşımdır, o da həyat yoldaşımdır.

Əli HƏSƏNOV: Heyvandarlıqla məşğuldurlar, öz təsərrüfatları, 600 baş qoyunu, 70-80 baş inəyi və 20 arı ailəsi var.

Prezident İlham ƏLİYEV: Dolanışığınız yaxşıdır?

Əli HƏSƏNOV: 70 hektarda taxıl, arpa əkir. Demək, yalnız çaya, qəndə, bir də paltara pul verirlər. Qalan şeyə pul vermirlər.

Prezident İlham ƏLİYEV: Eşitmişəm ki, orduya da kömək göstərirsiniz.

Əli HƏSƏNOV: Bəli, elədir. Çox gözəl ailədir, hamısı da sağlam, göz dəyməsin, ana 83 yaşındadır.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. İndi məktəb də olacaq, uşaqlar burada oxuyacaqlar. Tezliklə tibb məntəqəsi də tikilməlidir. İş yerləri də açılır. Mən xüsusi göstəriş vermişəm ki, dövlət qurumları burada iş yerləri açsınlar. Çünki buraya qayıdacaq vətəndaşlar gərək işləsinlər.

 Səkkiz nəfərlik Həziyevlər ailəsi təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir. Birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR