"Yəqin ki, bu səfər Şuşanın yenidən qurulması məqsədi daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfərindən danışarkən deyib. Onun sözlərinə görə, səfərdə məqsəd Şuşanın yenidən qurulması üçün aidiyyatı qurumlara göstərişlərin verilməsidir:
"Şuşa artıq İslam dünyasının mədəniyyət mərkəzi elan olunub. Öncədən Şuşa Azərbaycan Mədəniyyətinin Paytaxdı elan olunmuşdusa, indi İslam dünyasının mədəniyyət paytaxtıdır. Ola bilsin, Şuşanın yenidən qurulması ilə bağlı Arxitektuta Komitəsinin əməkdaşları və digər qurumlara layihələndirilmə ilə əlaqədar yerində bəzi göstərişlər verilisn. Şuşanın yenidən qurulması və İslam dünyasının mədəniyyət mərkəzi kimi təqdim olunması üçün ehtiyac duyulan layihələr həyata keçirilməlidir. Bunun üçün də ərazidə aidiyyatı qurumlar layihələrlə bağlı məlumatlandırılmalıdır".
Qeyd edək ki, Şuşa səfəri ilə bağlı M.Əliyeva rəsmi "İnstagram" səhifəsində video paylaşım edib.
Bahar Rüstəmli
Şərhlər