Ölkə 20:06 25.01.2022

Prezidentin təhlükəsizlik xidmətinin idarə rəisi vəfat etdi (FOTO)

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirov vəfat edib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki,hadisə bu gün Bakıda idman zalında baş verib.

Belə ki, təcili tibbi yardım çağırılsa da, anidən halı pisləşən idarə rəisinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət etsin!