Xəbər lenti

Prezidentlər 5 rayonun qaytarılmasını müzakirə edəcək (ŞƏRH)
Siyasət 18:10 06.10.2017

Prezidentlər 5 rayonun qaytarılmasını müzakirə edəcək (ŞƏRH)

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşündə 5 rayonun qaytarılması müzakirə olunacaq.

"Qaynarinfo" xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin deyib.

Kremlin ideoloqu adlandırılan ekspert Ermənistan mediasına açıqlamasında prezidentlərin görüşünü şərh edib. Onun fikrincə, dövlət başçılarının indi görüşməsi əhəmiyytli hadisədir: 


"Artıq iki ölkə arasındakı münasibətlər elə səviyyəyə çatır ki, gələcəkdə münaqişəni həll etmək mümkün olmayacaq. Fikrimcə, bu görüşdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması məsələsi müzakirə ediləcək. Münaqişə "Lavrov planı" üzrə həll oluna bilər".

Aleksandr Duqin hesab edir ki, məsələ üç tərəfdə yalnış işıqlandırılır: "Ermənistan mətbuatı bunu milli xəyanət, Azərbaycan tərəfi qələbə adlandırır. Rusiya mediası isə bu layihə ilə ümumiyyələ maraqlanmır. Fkpimcə, layihə çox yaxşı hazırlanıb. Sadəcə mətbuat onu düzgün təqdim etməlidir".


Qeyd edək kiu, Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. 

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin irəli aparılması, o cümlədən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili imkanlarını müzakirə edib, münaqişə zonasındakı vəziyyətə toxunublar.

Görüşdə münaqişənin sülh yolu ilə həlli istiqamətində götürülmüş öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->