Dünya 22:56 22.04.2019

Prezidentliyə namizəd olmuş sənət adamları: Aralarında azərbaycanlı da var (SİYAHI)

Kulis.az prezidentliyə namizədliyini vermiş, prezident seçilmiş sənət adamlarını təqdim edir.

Donald Tramp

Amerikanın hazırkı prezidenti. Bir neçə yumoristik filmdə rol alıb. Ən çox "Evdə tək – 2” filmi ilə aktyor kimi tanınıb.

Vatslav Havel

Çex yazıçısı, dramaturq. Çexslovakiyanın sonuncu, Çexiyanın birinci prezidenti (1989-1992).

Pablo Neruda

Məşhur Çili yazıçısı. Nobel mükafatçısı. 1970-ci ildə Çilidə ölkə prezidentliyinə namizəd.

Mario Varqas Lyosa

Məşhur Peru yazıçısı, Nobel mükafatçısı. 1990-cı ildə Peruda prezident seçkilərində namizəd olmuşdur.

Sabir Rüstəmxanlı

Yazıçı, publisist. 2003-cü ildə Azərbaycanda prezidentliyə namizəd.

Ksenya Sobçak

Aktrisa. 2018-ci il Rusiya prezidentliyinə namizəd.

Ronald Reyqan

Amerikanın 40-cı prezidenti. O, həm də tanınmış aktyordur. 54 filmə çəkilib.

Romulo Qaleqos

Venesuela yazıçısı. 1947-ci ildə Venesuelada prezidenti olmuşdur.

Ramon Xose Velaskes

Venesuela yazıçısı. 1993-1994-cü illərdə Venesuela prezidenti.

Yasmina Xadra (Mohammed Mulessequl)

Əlcəzairli yazıçı. 2013-cü ildə prezidentliyə namizəd olub.