Xəbər lenti

Problemli kreditlərin həcmi rekord səviyyəyə çatdı
Ekonomiks 20:52 09.10.2017

Problemli kreditlərin həcmi rekord səviyyəyə çatdı

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cari ilin sentyabr ayının 1-nə iqtisadiyyata kredit qoyuluşu 12 mlrd. 376,6 mln. manat təşkil edib.

Oxu.Az Mərkəzi Bankın statistik göstəricilərinə istinadən xəbər verir ki, verilmiş kreditlərin 19,6 faizi dövlət banklarının payına düşüb. Kreditlərin 76.7 faizi özəl banklar tərəfindən təqdim edilib. 

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşu 4 mlrd. 463,1 mln. manat azalıb. 

Vaxtı keçmiş kreditlərin həcminə gəlincə, sentyabrın 1-nə 1,824 mlrd. manat təşkil edib. Avqustun 1-i ilə müqayisədə problemli kreditlər 11,2 mln. manat artıb. İlin əvvəlinə nisbətən problemli kreditlər 351,4 mln. manat,  yaxud 23,86 faiz artım nümayiş metdirib. Son 1 ildə isə bu rəqəm 231,1 mln. manat - 14,51 faiz yüksəlib.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,74% olub. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->