phrase_var_qaynar. 11:24 16.03.2021

Professor COVİD-in “can verdiyini” sübut etdi: “Sərt karantinə ehtiyac yoxdur”

"Müxtəlif sosial şəbəkə, eləcə də Qərb mətbuatının COVİD-19, onun yayılma intensivliyi və proqnozuna münasibətdə "təbliği fikirləri”, ən yaxşı halda insanın dərin ruhi sarsıntı və depressiyaya düşməsinə səbəb olur. Əslində isə real vəziyyət, bu məqsədli təbliğatın tamamilə əksidir. Əvvəla ona görə ki, hazırda dünya ölkələri arasında olan mövcud "şəffaf sərhədlər” ən sərt karantin tədbirləri tətbiq edilsə belə, istənilən viral infeksiyanın "İldırım sürətilə” yayılması və xronoloji bioritm dəyişikliyinə görə, ən uzağı 6 ay müddətinə (22 martdan 22 noyabrın tamamına qədər) kollektiv immunitetin yaranmasına mütləq şəkildə səbəb olmalıdır, hətta vaksinasiya aparılmasa belə". 

Qaynarinfo xəbər verir ki, bu sözləri professor Musa Qəniyev bildirib. Tanınmış həkimin sözlərinə görə, sərt karantin tədbirlərinə ehtiyac yoxdur: 
 


"Artıq 3-cü aydır ki, dünyada kütləvi vaksinasiyaya start verilib. Digər tərəfdən, indi nə antik dövr, nə də 15 əsr deyil ki, viral infeksiyaların aylar və illərlə davam etməsinin həlledici şərti, yəni insanlara bir şəhər və ya ölkədən digərinə getmək, yəni infeksiyanın yayılması üçün aylarla vaxt lazım gəlsin. Söylədiklərim, hətta COVİD-19-un sadəcə davamı dinamikasının izlənməsində belə öz təsdiqini tapır. Diqqət edin: hazırda COVİD-19-a ümumi yoluxma 120 milyonun altı, ölüm nisbəti isə 2,6 milyonun üstündədir, yəni cəmi 3%-dir. Azərbaycanda isə bu infeksiyadan ölüm ümumilikdə 1,3%-dir. Odur ki, istər yazılan rəqəm, istərsə də məqsədli təbliğat hər bir halda az da olsa real məntiqə istinad etməlidir. Vaxtı ilə Amerikanın sevilən, mərhum prezidenti Çon Kennedi demişdi: 

"Dünyada ən üstün təhsil sistemi Sovet təhsil sistemidir; çünki insanlarda fərdi düşüncə və təfəkkür tərzi formalaşdırır; Amerikanın savadlı vətəndaşı belə, SSRİ dedikdə Moskva və rus başa düşür; o ölkənin hətta adi vətəndaşı belə, Amerikanı, Bizim şəhər və ştatlarımızın  adını, hətta Amerikalıdan belə yaxşı bilir; odur ki, bu ölkəyə nüvə silahı ilə deyil, bu təfəkkürün yaranmasına xidmət edən mexanizmləri məhv etmək yolu ilə qalib gəlmək olar”. 

Bu infeksiyanın 1 ildən artıq davam etməyəcəyi, Şərq xalqları üçün faciə olmadığını, onun 2-ci, 3-cü və s. dalğalarının olmayacağı, bu virusun yaxın 10 ilə aqressiv mutant ştampının əmələ gəlməsinin mümkünsüzlüyü haqqında dəfələrlə yazmışam. Təkrar edirəm, bunlar mənim xəyalı düşüncələrimin məhsulu deyil, elmi həqiqətdir. Hətta adi statistik təhlil belə, söylənilənləri təsdiq edir. Məsələn, cəmi 8 ay əvvəl, yəni COVİD-19-un dinamik artım dönəmində, kritik durumda olanlar, xəstələrin 5%-ni təşkil etdıyi halda, hazırda bu nisbət 0,4%-ə enib. Başda sözlə, virusun virulentlik və letallıq əmsalı 12,5 dəfə azalıb. Artıq COVİD-19 koronaviruslar ailəsinin OC43, 229E, NL63, HUK1 kimİ təhlükəsiz ştamlarından birinə çevrilməkdədir. Odur ki, koronavirus adı gələndə ruhi sarsıntı, stress keçirmək, depressiyaya düşmək, həyatdan əl üzmək lazım deyildir. Neqativlik, hətta bəd şeylər haqqında düşünmək belə, xəstəlik və ölümün ilkin səbəbidir. Özü də müalicəolunmaz səbəbi. Pozitiv, xoş niyyətli olun və xoş şeylər haqqında fikirləşin, təbii ki, xəstələnmək istəmirsizsə...

Mən bunları son günlər COVİD-19-un artımı ilə əlaqədar, güya bayram günlərində məhdudiyyətlərin tətbiq ediləcəyilə bağlı söyləntilərə görə yazdım. Yəni elmi əsasa istinad etməyən hər bir şeyin məhdudlaşdırıcı tətbiqinin insan sağlamlığına məhvedici təsiri və bərpaolunmaz pozğunluqlar törətdiyini bildiyimdən yazdım. Buna əməl olunub-olunmaması isə, artıq mənim səlahiyyətlərim daxilində deyil".

Orxan Əhmədov

Oxşar xəbərlər