Ölkə 22:23 30.03.2018

Prokurorluq Namazova silahlı hücumu araşdırmaqdan imtina etdi

Fransanın Tuluza şəhər prokurorluğu azərbaycanlı Rəhim Namazova silahlı hücum indsidentini araşdırmaqdan imtina edib.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Tuluza prokuroru Pyer İva Kullo deyib.

Prokurorun sözlərinə görə, hücum edənin yanında onun avtomobildə gizlənməsinə kömək edən yoldaşı olub:

"Təxminən 50 yaşlı şəxs park olunmuş avtomobildə gözləyib, daha sonra Namazov və həyat yoldaşı olan maşına atəş açıb. Bundan sonra hücum edən şəxs onu gözləyən yoldaşının köməyi ilə hadisə yerindən uzaqlaşıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, R. Namazov 2010-cu ildən bəri Tuluzada yaşayır. Kriminal aləmə yaxınlığı ilə bilinən Namazov "Rəhim Şəkinski” və ya "Opasnıy Rəhim” ləqəbi ilə məşhur olub. Son dönəmlər "Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı çıxışlar edib. YouTube platformasında yerləşdirdiyi son yazısında Quli və ətrafındakı şəxsləri söyərək təhqir edib.