Foto 10:00 08.04.2020

Pronet MMC şirkətindən Azərbaycan təhsil sisteminə böyük tövhə!

Hər zaman atdığı unikal addımlarla gündəmə gələn müəssisədaxili biznes proseslərin avtomatlaşdırması və idarəetmə sistemlərinin istehsalçısı olan Pronet MMC şirkəti bu dəfə də bir ilkə imza atıb.

Belə ki, dünyada və eləcə də ölkə ərazisində tüğyan edən "COVİD-19” pandemiyası şəraitində məcburi dayandırılmış təhsil-tədris proseslərinin virtual şəkildə bərpa olunması istiqamətində önəmli addımlar atan şirkət, ölkədə fəaliyyət göstərən bütün məktəb, universitet, tədris və təlim kursları, fərdi repetitorlar da daxil olmaqla hər kəsin rahatlıqla istifadə edə biləcəyi və bütün elektron dərs alətlərinin yer aldığı "ProEdu” portalını karantin dövründə tam ödnişsiz olaraq istifadəyə verib.

17 illik fəaliyyətinin böyük bir qismini Təhsil müəssisələrinin elektronlaşdırmasına sərf edən Pronet MMC şirkəti, hələ 2012-ci ildə Bakı Müasir Təhsil Kompleksində "ProSCHOOL” - Elektron Məktəb İdarəetmə Sistemini istifadəyə vermişdi. Bu müddət ərzində ölkədə fəaliyyət göstərən bir çox nüfuzlu təhsil müəssisələri, eləcə də bir sıra məktəb, kollec və universitetlər  bu sistemin faydalarından bugünə qədər də yararlanır. Lakin son 2 ay ərzində əhatəliliyini qarşıalınmaz həddə çatdıran sözügedən pandemiya ilə əlaqədar olaraq demək olar ki, ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin belə bir sistemlərə ehtiyacı yaranıb.

Belə olan şəraitdə şirkət öz daxili planlarında bəzi dəyişikliklərə gedərək bu ilin sentyabrında istifadəyə verilməsi planlanan "ProEdu” cloud portalını cari ayın əvvəlində istifadəyə verdi.

Tamamilə ödənişsiz şəkildə təklif olunan "ProEdu” belə gərgin vəziyyətə Azərbaycan təhsilinə bir dayaq olmaq məqsədi daşıyır. Portalda təhsil müəssisəsinin direktoru, müəllimlər və şagird-tələbələrin hər biri üçün individual profillər yaratmaq mümkündür. 

*Portal vasitəsi ilə
*Video görüntülü dərs
*HD Audio
*Elektron lövhə və təbaşir
*Media fayllarının əlavə olunması
*Dərs tapşırıqlarının təyin olunması və yoxlanılması
*Virtual dərslərə davamiyyət hesabatları
*İndividual yazışma və müəllimə müraciət imkanı
*Qiymətləndirmə
 
və s. önəmli alətləri istifadə etmək mümkündür.

Eləcə də gələcək planlarda portalın istifadəsində Avtomatlaşmış İmtahan, Elektron kitabxana və s. kimi digər modulların da inteqrasiya olunması nəzərdə tutulub.

Təhsil müəsissənizi qeydiyyatdan keçirmək üçün və eləcədə sistem haqqında əlavə məlumat  almaq üçün şirkətin mütəxəsisslərilə  +994 77 277-63-77 nömrəsi ilə, və yaxud şirkətin sosial şəbəkə səhfələri vasitəsi ilə əlaqə saxlamaq olar.