Psixoloqdan ana meyiti ilə şəkil çəkdirib paylaşma olayına münasibət

Psixoloqdan ana meyiti ilə şəkil çəkdirib paylaşma olayına münasibət

"Ola bilsin ki, həmin anı əbədiləşdirmək istəyib”.

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov AzTV-nin əməkdaşı Ruslan Həsənovun mərhum anasının meyiti ilə selfi edib, onu sosial şəbəkədə paylasmasını şərh edərkən deyib. Onun fikrincə, hadisəni xüsusu olaraq müzakirəyə çıxarmaq, ona psixoloji diaqnoz qoymaq doğru deyil:
 
 

"Onun anası rəhmətə gedib. Həmin anda hər cür reaksiya verə bilər. Kənardan baxanlar buna münasibət bildirir. Bu insan anasını itirib. Ola bilər ki, ağır durumda belə reaksiya verib və anası ilə şəkil çəkdirib. Burada qəbahətli bir şey yoxdur. Biz bilmirik ki, vəziyyət həmin anda necə olub. Ziyan verməyib ki?
 
Pislik eləməyib ki. Anası ilə şəkil çəkdirib. Övladdır, ola bilər, sarsıntı keçirib. Bəlkə depressiya daha ağır təsirlər göstərəcək”.

Qeyd edək ki, AzTV-nin əməkdaşı Ruslan Həsənovun anası dünyasını dəyişib. Bundan sonra aparıcının anasının meyiti ilə şəkil çəkdirərək sosial şəbəkə hesabında paylaşması qınaqlara səbəb olub.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR