Dünya 14:11 06.06.2020

Puşkov ABŞ-dakı etirazların nə vaxt bitəcəyini söylədi

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Amerikada davam edən etirazların 2020-ci ilin noyabrına qədər bitəcəyini deyib.

Qaynarinfo xəbər verir ki, "Parlament qəzeti”nə verdiyi açıqlamada o, Minnesota ştatında afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz aksiyalarının ABŞ-da prezident seçkiləri başlayana qədər sabitləşə biləcəyini açıqlayıb.

Puşkov onu da əlavə edib ki, məhkəmədə ədalətin qalib gələcəyinə əmindir, çünki bu dəfə polislərin əməlinin üstünü ört-basdır etmək mümkün olmayacaq. Onun sözlərinə görə, "etnik bomba" ABŞ-da müntəzəm olaraq partlayır, bununla bağlı talançılar cəsarətlənəcək, xuliqanlar həbs ediləcək və ümumi vəziyyət prezident seçkilərindən xeyli əvvəl sabitləşəcək".

Xatırladaq ki, ABŞ-da prezident seçimi 3 noyabr 2020-ci ildə keçiriləcək.
 
Alpər